NATO müttəfiqləri "Çinin Avro-Atlantik təhlükəsizliyi və dəyərləri qarşısında yaratdığı çətinlikləri" müzakirə ediblər.
QHT.az xəbər verir ki, "Çin bizim rəqibimiz deyil və biz əlaqə saxlamağa davam etməliyik", - deyən NATO-nun baş katibi, "Pekinin artan iddialılığının təhlükəsizliyimizə təsir etdiyini və qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuduğunu" vurğulayıb.
NATO müttəfiqləri "İranın müttəfiq ərazisindəki bədxah fəaliyyətindən" ciddi narahat olduqlarını bildiriblər və Tehranı "Rusiyaya hərbi dəstəyi, o cümlədən pilotsuz təyyarələrin tədarükünə son qoymağa" çağırıblar.
“Biz İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırırıq, xüsusən də mühüm infrastruktura hücum etmək üçün istifadə edilən və mülki əhalinin kütləvi tələfatına səbəb olan pilotsuz uçuş aparatlarının (PUA) ona təhvil verilməsini dayandırmağa çağırırıq”, - sammitin yekun bəyannaməsində deyilir.
Pərvanə Fərhadqızı












