Bakıda bəzi bina sakinlərinə Azəristiliktəchizat ASC tərəfindən bildiriş gəlib.

 

Sakinlər bildirirlər ki, sakinlərə göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən artdığı qeyd olunur.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azəristiliktəchizat ASC-in mətbuat katibi bildirib ki, isti su tarifləri 2017-ci ildən etibarən Tarif Şurası tərəfindən tənzimlənmir.

 

"Buna görə də isti su tarifləri Səhmdar Cəmiyyətin bu yöndə xərclərini tam əhatə etməklə hesablanır. Hazırda isti su tarifləri 3413 mənzil əhatə edir", - deyə o qeyd edib.