Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını sədri Səbuhi Abbasov Gənclər və İdman nazirliyinin QHT-ləri incitdiyini, qalib layihələrin hələ də maliyyələşməsini bildirib.
QHT.az Assosiasiya sədrinin fikirlərini təqdim edir:
“Azərbaycanda ən uğursuz təyinat, təəssüf ki, Gənclər və İdman naziri Fərid Qayibov oldu. Bəli, səmimidir, yaxşı insandı, ancaq bu yaxşı nazir olmağın ən yaxşı halda 10-15 faiz hissəsini təşkil edə bilir. Reallıq budur ki, 3 ayda 200 mənasız yay məktəbi təşkil edib nazirliyin büdcəsini silmək, talamaq Azərbaycan yoxe, dünya tarixində görünməmiş hadisədir, acgözlükdür. Təsəvvür edin, Əli Həsənov Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını 2009-cu ildən qara siyahıya saldı, səbəbini də hər kəs gözəl bilirdi, rəhmətlik Azad Rəhimov, İntiqam Babayev 2006-cı ildən bəri bu təşkilatı hər şeydən, bütün layihələrdən kənarda qoydular. 16 ildən sonra 1 dəfə, 9 ay qabaq, ötən ilin dekabrında bir layihə qazanmışdıq. Layihə başlayıb da, bitib də, 9 aydır nazirlik 1 müqaviləni təsdiqləyib, ortaya çıxarmır. 2 aydan bir kimsə yazır: "Salam büdcədə filan yerə nöqtə qoyun", 2 ay ay keçir başqa biri yazır: "büdcədə filan yerə vergül qoyun". Bu biabırçıqlıdır, acgözlükdür, harınlıqdır. Ümid edirəm, Hesablamalar Palatası, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti GİN-də mövcud olan xaosu, talançılığı vaxtında saxlaya biləcəklər. Əks halda ayılanda daha bir neçə milyardın yoxa çıxdığını ancaq saytlardan oxumuş olacağıq.”
Qeyd edək ki, həmin müsabiqəyə layihələr 2021-ci ilin mart ayının 19-dan aprel ayının 25-nə kimi qəbul edilib.
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq












