Son günlər Gənclər və İdman Nazirliyi və Gənclər Fonduna sosial şəbəkələrdə ictimai fəallar və QHT sədrləri tərəfindən müxtəlif məsələlər ilə bağlı etirazlar bildirilir.
QHT.az vətəndaş cəmiyyəti sektoru sahəsində ixtisaslaşmış media orqanı olaraq, QHT sektoru ilə bağlı məlumatları ictimaiyyətə təqdim edir.
Növbəti etiraz Gələcək İntelektual İnkişafa Yardım İctimai Birliyinin təsisçisi Vasif Abdullayevdən gəlib.
“Deməli Fərid Qayıbov nazirlik yanında ictimai şura yaradıb və bu şuraya tapşırıb ki kim nazirliyin haqqında qüsurları yazsa onu bloklayın cavab verməyin. Gənclər sahəsinə cavabdeh olan nazirin gənclərə töhfəsi qüsurlara göz yumub ört basdır etmə "bacarıqları" aşılamaqdırsa gələcəyimiz çox işıqlıdır ...
Fərid Qayıbov heç facebook profilinə göndərilənləridə diqqətə almır çünki ona ayltaqlanmaqla məşğul olanları oxuyur ... xoşu gəlir axı boşuna təriflərdən... CƏNABİ HƏZRƏTİ NAZİRİN bütün bu xoşəhval xasiyyətini nəzərə alıb sabah Bakı şəhər icra hakimiyyətinə Gənclər İdman nazirliyi inzibati binası qarşısında aksiya keçirməyimizə icazə verilməsi üçün müraciət edəcəyik.
Utanıb yerə girməlidilər ki yanlarında yaratdıqları ictimai şura vətəndaşları sosial şəbəkədə müraciətdən sonra blok edir ... Ucar rayon gənclər evinin isitmə və havalandırma sistemi yoxdur 40 dərəcə istidə Fərid Qayıbov zəhmət çəkib bir gün səhərdən axşama otursun orda bacarsa bizimdə balalarımıza rəva görərə elə istini ... Bərdə Gənclər Evi isə neçə illərdi ki yarım tikili halında qalıb ay ağıllı kamallı nazir ictimai şuran nə üçün sizə deməyib ki o boyda Bərdə şəhərinin Gənclər Evi yarım tikili halındadır ayrılan milyonluq vəsaiti nə üçün axtarmırsan hara yoxa çıxıb?
Vətəndaşları qəbul adıyla Ucara gəldikdə Ucar başçısıyla görüşüb yoxa çıxdın nə üçün vətəndaş qəbul etmədin ? Zərdabdan edilən müraciətlərə nə üçün cavab vermirsiz?”
P.S. Gənclər və İdman Nazirliyinin mövqeyin işıqlandırmağa hazırıq!













