Fələstin rəhbərliyi bu gün İsrail tərəfi ilə bütün əlaqələri dayandırmaq qərarına gəlib. İsrailin hərəkətlərinə qarşı mövqenin razılaşdırılması üçün Fələstin fraksiyalarının başçılarının fövqəladə iclasının çağırılması da qərara alınıb.
QHT.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti Cenin və eyni adlı qaçqın düşərgəsində genişmiqyaslı əks-terror əməliyyatı elan edib. İsrail ordusu fələstinli yaraqlıların infrastrukturuna ondan çox hava zərbəsi endirib. İsrail təhlükəsizlik rəsmiləri, həmçinin müvəqqəti raketatan qurğu, silah və sursat taparaq müsadirə etdiklərini bildiriblər. Yerli terrorçuların hücrələrinə ağır zərbələr endirilib.
Pərvanə Fərhadqızı












