Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasında MiQ-31 qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

QHT.az xəbər verir ki, Avaça körfəzinin suları üzərində planlaşdırılmış təlim uçuşunu yerinə yetirərkən qəzaya uğrayan qırıcının döyüş sursatı olmadan uçduğu bildirilib. Hadisə yerinə Sakit Okean Donanmasının axtarış-xilasetmə xidmətləri göndərilib, ekipajın axtarışları aparılır.

 

Pərvanə Fərhadqızı