Qərbi Afrika ölkələrindən olan Nigeriyada son 3 ayda difteriya epidemiyasından ölənlərin sayı 83-ə yüksəlib.
QHT.az xəbər verir ki, difteriya epidemiyası ölkənin müxtəlif ştatlarına yayılmaqda davam edir. May-iyul aylarında ölkə daxilində 836 difteriya hadisəsinin görüldüyü qeyd edilir. Federal Səhiyyə Nazirliyi və digər tərəfdaşlarla birlikdə bu epidemiyaya effektiv cavab vermək üçün bütün lazımi resursları səfərbər edilib.
Quş iflici olaraq da bilinən difteriya, "corynebacterium diphtheriae" adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.
Pərvanə Fərhadqızı












