BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ölkədə uşaqların sağlamlığına dair dəyirmi masa keçirilib.
QHT.az xəbər verir ki, əsas ekoloji problemlər, səhiyyə sistemi, uşaqların ətraf mühit təhlükələrinə məruz qalması, havanın çirklənməsi və digər mövzularda aparılmış təhlillərin nəticələri ilə bağlı təqdimatlar edilib və müzakirələr aparılıb.
Tədbirdə Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.
Pərvanə Fərhadqızı












