Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində keçirilən ictimai müzakirədə çıxış edib.

O bildirib ki, İctimai Şuraların fəaliyyətində şəffaflıq və hesabatlılıq əsas prinsiplərdən olmalıdır:

“İki aydan bir hesabat təqdim edilməlidir və bunu da Agentlik təmin etməlidir. İctimai Şurada yalnız sədrin danışması düzgün deyil, məsələlər çox ciddidir,” – deyə N.Cəfəroğlu qeyd edib.

O əlavə edib ki, İctimai Şuraların gücləndirilməsi, onların real ictimai təsir gücünə malik olması üçün davamlı dəstək tədbirləri vacibdir.

Qeyd edək ki, “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” adlı layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.