“Hal – hazırda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Təşkilatımızın məqsədi kimsəsiz və aztəminatlı ailələrdən olan uaşaqlara sosial yardımlar göstərməkdən ibarətdir. İctimai Birliyimiz yarandığı 2011-ci ildən hal-hazıra kimi uğurlu layıhələr həyata keçirib”.
QHT.az xəbər verir ki, bu sözləri “Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına sosial-mənəvi dəstək” İctimai Birliyinin sədri Təranə Əhməd bildirib. Onun sözlərinə görə, təşkilat kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına sosial yardımlar, regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlər təşkil edib: “Novruz bayramı ərəfəsində imkansız ailələrin uşaqlarına sosial yardımlar göstərəcəyik”.
Qeyd edək ki, əhəmiyyətli bir mövzuya toxunan Təranə Əhməd, birliyin uğurlu layihələrini və təşkilatın ictimaiyyətə çatdırdığı xidmətləri növbəti müşahidəçi və dəstəkçilərin artırılması üçün əhəmiyyətli görür. Bu, birliyin əməkdaşları, təşkilat üzvləri və təşkilatın missiyasına inanan şəxslərin fəaliyyətlərinin daha da güclənməsinə və ictimaiyyətə daha böyük təsir göstərməsinə kömək edə bilər.
Pərvanə Fərhadqızı












