"Qarabağın gerçək kimliyi: Alban abidələri" layihəsinin məqsədlərinə uyğun olaraq Oğuz rayonunda layihə rəhbərinin gənclərlə görüşü baş tutub.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyi tərəfindən icra edilən "Qarabağın gerçək kimliyi: Alban abidələri" layihəsinə Mənəvi Dəyərlərin Təbliği Fondundan təşkilati dəstək gəlib. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil edilən "Yay məktəbi" çərçivəsində "Qarabağın gerçək kimliyi: Alban abidələri" layihəsinin məqsədlərinə uyğun olaraq Oğuz rayonunda layihə rəhbərinin gənclərlə görüşü baş tutdu.

Qeyd edək ki, görüş zamanı Kənan Məmmədovun “Tarix və onun öyrənilmə metodları” habelə “Qarabağın alban abidələri” mövzusunda mühazirələri dinlənildi. İnteraktiv formada təşkil edilən seminar zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Pərvanə Fərhadqızı