Azərbaycan Dövlət İqtisad Universitetində israilli təlimçilər tərəfindən “Rəqəmsal Bacarıqlar- TOT” təlimlərinə start verilib.
QHT.az xəbər verir ki, Universitetdə Ömürboyu Təhsil Mərkəzi tərəfindən təşkil edilmiş təlimlər müəllim və əməkdaşların rəqəmsal bacarıqlarının artırılması məqsədilə təşkil olunub. Təlimlərdə Universitetin 270 əməkdaş və müəllimi iştirak edəcək. Ravit Gonen tərəfindən aparılan “Təlimçilərin təlimi” adlı ilk seminar sentyabrın 6-dan başlayıb.
Qeyd edək ki, UNEC-də yeni təyinat da olub. Belə ki, Dosent Aysel Xəlilova Universitetdə yeni yaradılan Xarici Dillər Departamentinin direktoru vəzifəsinə təyin edilib. O, 2004-cü ildən UNEC-in “Xarici dillər” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Universitetin və Dövlət Gömrük Komitəsinin Akademiyasının “İngilis dili” proqramlarının müəllifidir.
Məlumat üçün bildirək ki, “Ekonometrika” fənnini tədris edən müəllimlərin təcrübə mübadiləsini təmin etmək və tədrisin keyfiyyətini artırmaq məqsədilə Universitetdə ödənişsiz təlimlər təşkil olunacaq. Təlim proqramı 42 saat olmaqla, 8-31 sentyabr tarixlərini əhatə edəcək. Təlim proqramında digər universitetlərin əməkdaşları da iştirak edə bilərlər. Proqramın təlimçiləri Prof.Yadulla Həsənli – UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru və Xətai Alıyev – “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiridir.
Qeydiyyat linki: https://docs.google.com/.../1FAIpQLSfB2ZiwO8jzVh.../viewform
Pərvanə Fərhadqızı












