Pentaqonun rəhbəri Lloyd Austin vəzifəsini tərk etmək fikrində deyil. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

QHT.az xəbər verir ki, Rayder bildirib ki, nazir Ostinin vəzifəsindən istefa vermək planı yoxdur. O, diqqətini müdafiə naziri vəzifəsini davam etdirməyə və ölkəmizə xidmət etməyə cəmləyib. Pentaqon Ostinin xəstəxanada qalması ilə bağlı məlumatları üç gün Ağ Evdən gizli saxladığı üçün ABŞ-da qalmaqal yaranıb. ABŞ-ın müdafiə naziri adi tibbi prosedurdan sonra yaranan fəsadlar səbəbindən yanvarın 1-də xəstəxanaya yerləşdirilib.

 

Pərvanə Fərhadqızı