Qəzza zolağının əhalisinin 85 %-i, yəni 1,9 milyon insan son 3 ayda İsraillə döyüşlər səbəbindən didərgin düşüb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.
QHT.az xəbər verir ki, bu rəqəmlərə görə, Qəzza zolağında təxminən 1,4 milyon köçkün Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə bağlı 155 yerdə yaşayır. Hərbi əməliyyatlar başlayandan bəri Agentliyin 146 əməkdaşı həlak olub.
Qeyd edək ki, Agentlik 1949-cu ildə yaradılıb. BMT Baş Assambleyası ona “fələstinli qaçqınlara” kömək etmək üçün mandat verib.
Pərvanə Fərhadqızı












