Kristina Baykal gölünü ziyarət etmək arzusunda idi və bu gün o, unikal su anbarının buzunda gəzə bildi. Sibir kəşfiyyatçılarının həyatını öyrəndiyi memarlıq və etnoqrafik muzeyi ziyarət etdi. Kristina gölün əsas sakinləri - Baykal suitiləri ilə də tanış oldu. Ona heyvanlarla tamaşa göstərilib və Listvyanka kəndinə ekskursiya edilib.
QHT.az xəbər verir ki, qız anası və atası ilə “prezidentlik” səfərinə çıxdı. Onların Baykal gölü ətrafında səyahəti bir neçə gün davam edəcək. Vladimir Putin VDNKh-da “Rusiya” sərgi və forumunu ziyarət edərkən Yeni il “Arzu ağacı”nın budağından qızın açıqcası olan topu götürdü və arzusunu gerçəkləşdirəcəyini vəd etdi.
Qeyd edək ki, Putin dekabrın sonunda “Arzu ağacı” xeyriyyə aksiyasında iştirak edib və üç uşağın arzularını gerçəkləşdirəcəyinə söz verib.
Pərvanə Fərhadqızı












