Texas ştatının Fort-Uort şəhərinin mərkəzində binada baş verən partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.

QHT.az xəbər verir ki, partlayışın Sandman otelində qaz sızması ilə bağlı olduğu ehtimal edilir. Partlayış nəticəsində ölən olmayıb, səlahiyyətlilər hadisənin səbəblərini araşdırır. Xilasedicilər otelin zirzəmisində olan bir neçə nəfəri çıxarıblar. 21 yaralıdan dördünün vəziyyəti ağırdır, qalanları yüngül xəsarətlər alıblar. Oteldə 26 otaq var. Həmin vaxt binada tikinti işləri gedirdi, lakin bunun partlayışda hər hansı rolu olub-olmadığı bəlli deyil.

 

Pərvanə Fərhadqızı