Polşanın Lodz şəhərində döş qəfəsi xəstəlikləri və reabilitasiya xəstəxanasında ötən gecə yanğın baş verib. Baş verən yanğında 1 xəstə ölüb, 2 işçi tüstüdən zəhərlənib.
Xəbərdarlıq üzərinə hadisə yerinə gələn yanğınsöndürənlər 40 nəfəri xəstəxanadan çıxarıb, bir nəfərin cəsədi isə otaqda aşkar edilib.
Ölən şəxsin 72 yaşlı xəstə olduğu müəyyən edilib. Yanğın nəticəsində xəstəxananın 2 əməkdaşı isə tüstüdən zəhərlənib.












