Sosial media nəhəngi" Facebook"-un bir hissəsi olan mesajlaşma proqramı "WhatsApp" bəzi telefonları dəstəkləməyi dayandırır. 

QHT.az xəbər verir ki, aşağıda "iPhone" və Android cihazlarını əhatə edən smartfonların tam siyahısı qeyd olunub.

 

Köhnə cihazların dəstəyini mütəmadi olaraq aradan qaldıran “WhatsApp” bəzi yeni smartfonlarda da yer almayacağını açıqlayıb.

 

Şokedici qərarla platforma, onlarla telefonda yer almağı dayandıracaq.

 

Dekabrın 31-dən etibarən "WhatsApp", "iPhone", "Samsung" və "Huawei" modelləri də daxil olmaqla 49 cihazı şəbəkədən ayıracaq.

 

Qərarın bir hissəsi olaraq, "WhatsApp", "iPhone 5" və "iPhone 5C"-yə dəstəyi dayandıracaq. Platformanın şəbəkəsindən ayrılacağı "Huawei" modelləri aşağıdakılardır;

 

Huawei Ascend D

Huawei Ascend D1

Huawei Ascend D2

Huawei Ascend G740

Huawei Ascend Mate

Huawei Ascend P1

 

WhatsApp-ın qərarında payı olan brendlər arasında Cənubi Koreyada yerləşən "Samsung" da var.

 

Dekabrın 31-dən etibarən platforma "Samsung galaxy ace 2", "Samsung galaxy core", "Samsung Galaxy S2", "Samsung galaxy s3 Mini", "Samsung Galaxy Trend II", "Samsung Galaxy Trend Lite", "Samsung Galaxy Xcover 2" modellərinə dəstəyini dayandıracaq.