Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib.

 

QHT.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Qeyd edək ki, Anar Nağıyev 2021-ci il iyunun 24-də təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Slavyan Universitetinin ( BSU) rektoru vəzifəsini müvəqqəti icra edən təyin olunmuşdu. 

 

BSU-dakı təyinatadək Anar Nağıyev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.