Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəbdə professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan – əzəli və əbədi Azərbaycan torpağıdır” və “Mənim Qərbi Azərbaycanım” kitablarının təqdimatına həsr olunmuş nümunəvi açıq dərs keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, müəllimlər və Qərbi Azərbaycandan olan valideynlər iştirak ediblər. Dərs Qərbi Azərbaycan TV-nin hazırladığı videoçarxın nümayişi ilə başlayıb. Məktəbin direktoru Gültəkin Rüstəmova milli yaddaşın və Qərbi Azərbaycan irsinin qorunmasının vacibliyini vurğulayıb.
Professor Mahirə Hüseynova Qərbi Azərbaycanın tarixi, soydaşlarımızın köçürülməsi və “Qərbi Azərbaycana Qayıdış” ideyasının əhəmiyyəti barədə danışıb. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.












