“Təşkilatımız cəmiyyətdə müsbət dəyişikliyə çalışır. Regionda olan problemlərin üzə çıxarılması və həll olunmasında təşkilatın rolu böyükdür. Ətrafımızda olan insanların müsbətə doğru dəyişməsi, özlərində inam hissinin yaranması cəmiyyətə təsirini göstərir. Bu gün regionda qadınların ictimai həyatda rolunun artmasında da birliyimizin təsiri böyükdür”.
“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov bu sözləri QHT.az- a açıqlamasında bildirib. Regional Gender Mərkəzi ilə əməkdaşlıq etdiklərini bildirən QHT sədri Ağdam ofisində liderlik məktəbi təşkil olunduğunu da vurğulayıb: “Burda Qayıdış dövrü üçün qadınları və gəncləri ödənişsiz kurslara cəlb edirik. Bundan əlavə Qayıdış prosesinə də öz töhfəmizi verir. İcmaların səfərbərliyi və inkişafı ilə bağlı təlimlər aparırıq. Bu layihələr uğurla davam edəcək. Yaxın müddətdə 10 rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği –narkomaniya,erkən nigah, kiber zorakılıq, Gender Əsaslı Zorakılıq, qida təhlükəsizliy ilə bağlı maarifləndirmə işi aparmağı planlaşdırmişıq.İnanırıq ki bu maarifləndirmə öz töhfəsini verəcək”.
Pərvanə Fərhadqızı












