“Sosial və ənənəvi mediadan aktiv şəkildə istifadə edərək öz mesajlarımızı və fəaliyyətlərimizi çatdırmağa çalışırıq. Keçirilən tədbirlərə, ölkəmizdə akreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların tədbirlərinə qatılaraq şəbəkələşməni daha da genişləndiririk. Eyni zamanda tərəfdaş təşkilatların keçirdiyi beynəlxalq tədbirlərə qatılırıq, regionlara müntəzəm səfər edərək region gəncləri ilə fəal iş aparırıq”.

Bu fikri QHT.az-a açıqlama verən Azərbaycan- Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov bildirib. Təhsil müəssisələrində gənclərlə də iş apardıqlarını qeyd edən QHT sədri layihələrinin əsas hədəf qrupu gənclər olduğundan fəaliyyətləri əksər layihələrdə onların inkişafı ilə bağlı olur: “Çalışırıq ki, gənclərin daha çox beynəlxalq əməkdaşlığının qurulmasına nail olaq, onların beynəlxalq təmsilçiliyini artıraq. Bu yaxınlarda bir beynəlxalq layihə çərçivəsində tərəfdaş olduq. Belə olan halda biz ora bir neçə gənc nümayəndəmizi göndəririk. Eyni zamanda xaricdə belə imkanlar olanda çalışırıq ki, gəncləri belə imkanlar haqqında geniş məlumatlandıra bilək. Əlbəttə ki, bu təşkilatımızın inkişafı ilə yanaşı gənclərimizin də inkişafına öz təhfəsini verir.

 

 

Pərvanə Fərhadqızı