Hüquq-mühafizə orqanları və dövlət qurumlarının əməkdaşlarının yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının qarşısının alıması, eləcə də istintaq prosesində uşaqyönümlü rəftar və prosedurların tətbiqi ilə əlaqədar bilik və bacarıqlarını artırmaq məqsədilə Ədliyyə Nazirliyinin Akademiyasının saytında “Uşaq ədliyyəsi” bölməsi (https://yuvenal.az/home) vasitəsilə elektron təlim kursu yaradılıb.

QHT.az xəbər verir ki, təlim proqramı BMT-nin Uşaq Fondu (UNICEF) ilə Ədliyyə Nazirliyi arasında birgə Fəaliyyət Planına əsasən UNICEF-in texniki və maliyyə dəstəyi ilə hazırlanıb. Təlim kursuna keçid edə və qeydiyyatdan keçməklə kursa başlaya bilərsiniz.

 

Pərvanə Fərhadqızı