2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Qazax rayonunun Aslanbəyli kəndində seçicilərlə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə 400 nəfər seçici iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA - da Azərbaycan nümayəndə heyətinin rəhbəri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov, təşviqat qrupunun üzvləri İsgəndər Qurbanov, Akif Əmirov, Sevda Həsənova, Elxan Abdullayev, Qədir Əfəndiyev, Kazım Kazımlı, Pəri İbrahimova çıxış etdilər.












