Ölkəmizdə keçiriləcək növbədənkənar Prezident Seçkiləri ilə əlaqədar Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin üzvləri ilə “Seçkilərdə aktiv iştirak” mövzusunda  görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə MSK-nın 70 saylı Dairə Seçki Komissiyasından nümayəndələr də iştirak edib.

İştirakçılara seçki hüququ barədə məlumat verilib. Cəmiyyətdə aparıcı rola malik qadınların Azərbaycanın tərəqqisi naminə 7 Fevral 2024-cü il tarixində seçki məntəqələrinə gəlmələrinin və ən layiqli namizədə səs verməsinin vacibliyi diqqətə çatdırılıb.

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin üzvlərinin müşahidəçi vəsiqələri onlara təqdim edilib. Müşahidəçinin hüquq və vəzifələri, eləcə də müşahidə aparılması qaydaları izah edilib.