Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleu yenidən baş nazirin müavini - xarici işlər naziri, Ruslan Jaksylykov isə respublikanın Müdafiə Nazirliyinin rəhbəri təyin edib. 

QHT.az xəbər verir ki, Dövlət başçısının sərəncamı ilə Nurtleu Murat Abuqaliuli Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Xarici İşlər naziri təyin edilib. Dövlət başçısının sərəncamı ilə Ruslan Fatixoviç Jaksılıkov Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilib.

Bundan əlavə, Tokayev Yerjan Sadenovu yenidən daxili işlər naziri təyin edib. Belə ki, ölkənin yeni hökumətində Xarici İşlər, Müdafiə və Daxili İşlər nazirliklərinin rəhbərləri öz vəzifələrini qoruyublar. Roman Sklyar da yeni hökumətdə yenidən baş nazirin birinci müavini təyin edilib.

 

Pərvanə Fərhadqızı