Bağdad ərazisində ən azı dörd güclü partlayışın səsləri eşidilib.

QHT.az xəbər verir ki, sakinlər İraq paytaxtının şərq hissəsinə doğru hərəkət edən təcili yardım maşınının siren səslərini eşitdiklərini bildiriblər.

"Bağdadın şərqindəki Əl-Maştala məhəlləsində avtomobil yanıb", - polis məmuru The National-a bildirib. O, yəqin ki, pilotsuz təyyarədən atılan raketlə vurulub. Hadisəni araşdırırıq.

Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.