Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan İlqar Calalov 28 dekabr 1973-cü ildə Bərdə rayonunda anadan olub.

QHT.az xəbər verir ki, 1997-ci ildə "leytenant" rütbəsində zabit kimi hərbi xidmətə başlayıb. O, Füzuli-Beyləqan istiqamətində ön cəbhədə taqım komandiri kimi xidmət göstərib. 1998-ci ilin yanvar ayında "baş leytenant" hərbi rütbəsi alan İlqar Calalov 16 iyun 1998-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.

Ruhu şad olsun!