"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a 2024-cü ilin yekunları və qarşıdakı ilin planları haqqında fikirlərini bölüşüb:

"İlk öncə Azərbaycan xalqına məlum təyyarə qəzası ilə bağlı başsağlığı vermək istərdim. Bu il dövlətimiz üçün həm uğurlu, həm də çətin keçdi. Çətinliklərə baxmayaraq, yekun nəticədə 2024-cü il ölkəmiz üçün çox müsbət oldu. COB29-un Bakıda keçirilməsi Azərbaycanın bütün dünyada bir daha yaxından tanıdılmasına imkan yaratdı. 2025-ci il üçün "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq fəaliyyətimizi davam etdirməyi, həssas qruplar olan şəhid ailələri və qazilərlə birgə işləməyi planlaşdırırıq. Bu il həyata keçirilən qrant layihələrinin müsbət təsirlərini gördük və bu işi daha da inkişaf etdirmək niyyətindəyik. 2025-ci il üçün bir neçə yeni layihə planlaşdırmışıq və inanırıq ki, bu il də bizə uğurlar gətirəcək."

Tünzalə Abduləlimova qeyd edib ki, birliyin əsas məqsədi şəhid ailələrinə və qazilərə dəstək göstərmək, onların problemlərinin həllində yaxından iştirak etməkdir. 2025-ci ildə bu istiqamətdə daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsi gözlənilir.

"Vətən Naminə" İB şəhid ailələrinə dəstəyin yalnız sosial yardımla məhdudlaşmadığını, onların mənəvi və psixoloji dəstəklə təmin olunmasının da vacib olduğunu vurğulayıb.

 

Pərvanə Fərhadqızı