Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində oktyabrın 7-dən indiyədək BMT-nin 152 əməkdaşı həlak olub.
QHT.az xəbər verir ki, bu barədə BMT- nin baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib: “Beynəlxalq humanitar hüququn aşkar şəkildə pozulması məni çox narahat edir. Oktyabrın 7-dən bəri Qəzzada BMT-nin 152 əməkdaşı öldürülüb ki, bu da təşkilatımızın tarixində ən çox hadisədir”.
Quterreş əlavə edib ki, yardım işçiləri böyük təzyiqlərə baxmayaraq, Qəzzaya yardım çatdırmaq üçün mümkün olan hər şeyi edirlər.
Pərvanə Fərhadqızı












