Böyük Britaniyada minlərlə restoran və pub kommunal ödənişlərin, habelə kirayə və əməliyyat xərclərinin hədsiz artması səbəbindən bağlanır.
QHT.az xəbər verir ki, 2023-cü ilin yanvar- sentyabr ayları arasında hər gün 10-dan çox restoran və ya meyxananın bağlandığı bildirilir. Ölkədə lisenziyalı binaların sayının eyni dövrdə 3,6% azalaraq 103,682- dən 99,916-ya düşdüyünü bildirdi.
Böyük Britaniyadakı restoran və pubların ümumi sayının müşahidələr tarixində ilk dəfə olaraq 100.000-dən aşağı düşdüyü bildirilir. Hesabatda bildirilir ki, restoran və meyxanaların bağlanmasına səbəb olan digər amillərə ərzaq qiymətlərinin artması və işçi çatışmazlığı daxildir.
Pərvanə Fərhadqızı












