Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları keçirir.
QHT.az xəbər verir ki, ötən dövr ərzində Agentlik 5 regionda bu formatda konfranslar təşkil edib.
Konfranslarda ətraf rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri iştirak ediblər.
QHT.az-ın əldə etdiyi məlumata görə yaxın günlərdə Bərdə, İmişli, Lənkəran və Şirvanda da eyni formatlı konfransların keçirilməsi nəzərdə tutulur.
Konfransların keçirilmə cədvəli:
Bərdə - 06.06.2022
İmişli - 07.06.2022
Lənkəran - 09.06.2022
Şirvan - 10.06.2022
Keçirilən konfranslar
1. Quba konfransı (Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarını əhatə edib)
2. Gəncə konfransı (Gəncə, Mingəçevir və Naftalan şəhərlərini, habelə Kəlbəcər, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarını əhatə edib)
3. Şəmkir konfransı (Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarını əhatə edib)
4. Qəbələ konfransı (Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Ağdaş rayonlarını əhatə edib)
5. Şamaxı konfransı (Şamaxı, Ağsu, Ağdaş, Göyçay, Qobustan, Kürdəmir və Ucar rayonlarını əhatə edib.












