Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən birgə həyata keçirilən monitorinqlər Nizami rayonunda davam etdirilib.

QHT.az xəbər verir ki, monitorinq zamanı ərazi üzrə səkilərdə, yol kənarları, piyada keçidləri və dayanacaqlarda aşkarlanan çatışmazlıqların qeydiyyatı aparılıb.

Xatırladaq ki, paytaxt rayonlarında mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə davamlı olaraq aparılan birgə monitorinqlər Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.