Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.
QHT.az xəbər verir ki, Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.
Təsdiq edilən fəaliyyət planında Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin 2022-ci ildə “Şuşa İli”nə həsr edilmiş və Şuşada keçirilməsi nəzərdə tutulan layihələr üzrə qrant müsabiqələrinin keçirilməsi qeyd edilir.












