Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri vəzifəsinə təyinat olub.
QHT.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri vəzifəsinə Prezident Administrasiyasında uzun müddət qeyri-hökumət təşkilatları ilə iş sahəsində çalışan Vüsal Quliyev təyin edilib.












