Sabah Azərbaycanın Milli Azadlıq Hərakatında, müstəqillik uğrunda mübarizəsində ən yadda qalan simalardan biri Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun yubileyidir.

Bu münasibətlə Baku Film School Production tərəfindən hazırlanan filmi sizə təqdim edirik. Film Hüquq müdafiəcisi, D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun 80 illik yubileyinə həsr olunur.

Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olmuşdur. 1988-ci ildən bu günə qədər ölkənin ictimai-siyasi həyatında fəal rol oynamaqda davam edir.

Novella xanım Açıq Cəmiyyət inkişafında verdiyi dəstəyə görə 1998-ci ildə Avropa Şurası və ABŞ-ın Beynəlxalq Marşall mükafatı ilə təltif edilmişdir. 2007-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Cəsur Qadın mükafatına layiq görülmüşdür.