“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağ bölgəsindəki fəaliyyəti son dövürlər şübhə doğurmağa başlayıb. Belə ki, şəxsən mən Dövlət Sərhəd Xidmətinin məlumatı ilə tanış olandan sonra, yəni qeyri- qanuni yollarla, məhsulların qaçaqmalçılığı ilə məşğul olan Qırmızı Xaç Komitəsinin əməkdaşlarının qeyri-qanuni fəaliyyətindən Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi narahatdır”. – bu sözləri Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli QHT.az-a açıqlamasında bildirib.

Birliyin sədri qeyd edib ki, hazırda Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının sesiyasında iştirak edir və hesab edir ki, Qırmızı Xaç Komitəsinin bu fəaliyyəti ciddi araşdırılmalıdır: “Bildiyimə görə artıq cinayət işi açılıb. Bu məsələlər araşdırrılacaq. Video faktlar da mövcuddur. Benzin, qaz, mobil telefonların qaçaqmalçılıq yolu ilə Qırmızı Xaç Komitəsinə yaradılmış şəraitdən sui- istifadə edilərək qeyri-qanuni əməllər həyata keçirilir. Hüquqşünas olaraq mənə də maraqlıdır ki, Komitənin Xankəndindəki ofisinin fəaliyyəti Azərbaycan Respublikası ilə razılaşdırılmadan necə fəaliyyət göstərə bilər? Müharibə dövründə də Komitə bir ağlabatan bəyanat da verməmişdi. Əksinə erməni tərəfini saxlamışdır. Nəinki bu qaçaqmalçılıq faktları, eyni zamanda da onlar üçün yaradılan şəraitdən sui-istifadə halları bir- bir araşdırılmalıdır”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatdan da görünür ki, onlara dəfələrlə xəbərdarlıq edilsə də, onlar buna məhəl qoymur. Nəinki məhəl qoymayıb, hətta sui-istifadə hallarına da keçiblər. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi bu barədə Qırmızı Xaç Komitəsinə qeyri-qanuni hərəkətləri törədən Komitənin əməkdaşları barəsində hansı tədbirlər görüləcəyi barədə rəsmi olaraq sorğu hazırlayıb. 

 

Pərvanə Fərhadqızı