“Hemofiliya irsi xəstəlikdir, doğulandan dünyasını dəyişənə kimi bu xəstəlik onunla bir yerdə olur. Qanın laxtalanma pozğunluğu ilə müşahidə olunur. Yəni adi bir cızıqdan, cüzi bir travmadan şiddətli qanaxmalarla müşahidə olunan xəstəlikdir. Pasient öz xəstəliyi ilə bağlı bilgili deyilsə, dövlətin qayğısı yoxdursa, həkimin düzgün müalicəsi yoxdursa, deməli ciddi fəsadlarla üz –üzə qalacaq”.

QHT.az xəbər verir ki, bu sözləri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, belə pasientlər yaxşı alda əlilliklə üz-üzə qalacaq, pis halda isə qanaxmadan dünyasını dəyişəcək: “Dərmanları çox bahalıdır. 2006-cı ildən etibarən bu günə kimi dövlət tərəfindən dərman preparatları ilə pasientlərimiz təmin olunur”.

Daha ətraflı videoda:

 

Pərvanə Fərhadqızı