Son günlər bəzi banklar və valyuta dəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əskinaslarını ya qəbul etmirlər, ya da aşağı məzənnə ilə götürürlər. Səbəb kimi yeni əskinasların dövriyyədə olması göstərilir. Hətta bankların əksər bankomatlarında da “cash in” vasitəsi ilə həmin əskinasları plastik kartlara mədaxil etmək mümkün olmur.

QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, söhbət daha çox 100 dollarlıq əskinaslardan gedir: “Yeni əskinasların dövriyyədə olması heç də nisbətən köhnələrin yararsız olması anlamına gəlmir. ABŞ Federal Ehtiyatlar Sistemi məhz köhnə əskinasların dövriyyədə istifadəsinin davam etdiyini və edəcəyini bəyan edib”.

 

 

Pərvanə Fərhadqızı