Yanvarın 17-də ildə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin strateji tərəfdaşı olan TB PEOPLE GLOBAL ın 2024-cü ildə ilk koordinasion görüşünü keçirib.
QHT.az xəbər verir ki, bu barədə İctimai Birliyin sədri Çingiz Ramazanlı məlumat verib. Onun sözlərinə görə, görüşdə Qlobal Şəbəkənin ölkələr üzrə nümayəndəliklərindən üzv iştirakçılar qatılıblar. Qlobal şəbəkənin ölkə üzrə rəsmi nümayəndəliyi olan ”Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin də görüşdə iştirak etdiyini bildirən QHT sədri onlayn görüşdə 2024-cü ildə TB PEOPLE GLOBAL tərəfindən ölkə nümayəndəliklərinin bəzilərinə kiçik qrant verilməsi gözlənildiyini də qeyd edib: “Qlobal Şəbəkənin növbəti Strateji planının müzakirəsi gözlənilir. Ölkələr üzrə nümayəndəlikləri artan Qlobal Şəbəkənin devisi – bütün dünya üzrə insanları birləşdirərək vərəmə qalib gələk şüarıdir”.
Pərvanə Fərhadqızı












