ABŞ-ın Massaçusets ştatında soyuq qış günündə Raymond Roberts adlı Vyetnam veteranı yaxınlıqdakı ərzaq mağazasına getdi və son 20 ildə etdiyi kimi lotereya oynadı.
Lakin bu dəfə Robertsin “intuisiyası” ona 1 bilet yox, 6 bilet almağa və hər biletdə eyni nömrələrdən istifadə etməyə yönləndirdi.
Xoşbəxtlikdən Robertsin seçdiyi nömrələr doğru çıxdı.
Beş rəqəmi düzgün təxmin edənlərə hədiyyələr verən loto şirkəti eyni nömrələrlə bir dəfədən artıq udmağa imkan verirdi.
Belə ki, eyni nömrələri seçən Roberts bu səbəbdən 6 dəfə qalib hesab olunub.
Roberts aldığı 5 bilet üçün təxminən 2 milyon dollara uyğun gələn mükafat əldə edib.
Aldığı altıncı bilet üçün "illik ödəniş" variantını seçən Robertsə 20 il ərzində hər il əlavə 25 min dollar da ödəniləcək.












