“Vərəmsiz Gələcəyə Doğru” İB “TB PEOPLE” Qlobal Pasient Şəbəkəsinin Azərbaycandakı rəsmi vətəndaş cəmiyyəti nümayəndəsi qismində vərəmin təsirinə məruz qalmış insanların hüquqları haqqında bəyannamə ilə bağlı 24 fevral 2023-cü il tarixində Quba rayonunda maarifləndirmə layihəsini icra etmişdir. Təlim ilk öncə bəyannamənin maddələrinin izahlı şərhi, daha sonra isə sual-cavab formasında diskusiya formatında aparılmışdır. Tədbirə əsasən vərəmin zərərinə məruz qalmış insanlar, onların yaxın ailə üzvləri, Quba RİHB apartından məsul şəxslər, Quba MRX nın tibb heyəti, Yerli QHT və media nümayəndələri dəvətli olmuşlar.
Tədbirə əvəzsis dəstəyinə görə AR Prezidentinin Administrasiyasına, “TƏBİB” PHŞ-ə, Quba Rayonu İcra Hakimiyyəti Başçısının Aparatına, Quba Mərkəzi Rayon Xəstəxanasının kollektivinə,Yerli QHT və media nümayəndələrinə dərin minnətdarlığımızı bildirir və vərəmin ləğvinə gətirəcək bütün gələcək birgə fəaliyyətimizdə uğurlu iş birliyi arzulayırıq.
Layihə ilə bağlı. Qlobal pasient şəbəkəsi TB PEOPLE-nin texniki maliyyə dəstəyi ilə bu mötəbər qurumun Azərbaycandakı Rəsmi Vətəndaş Cəmiyyəti Nümayəndəsi olan "Vərəmsiz Gələcəyə Doğru" İB Vərəmin Təsirinə Məruz Qalmış İnsanların Hüquqları haqqında Bəyannamənin Azərbaycanın Gəncə, Şəmkir, Quba və Bakı şəhərində keçirilməsi nəzərdə tutulan layihəsinin icrasına başlamışdır. Maarifləndirmə işi əsasən ərazilərin icra hakimiyyəti, Bələdiyyə nümayəndələrinin, xəstəxanaların həkimləri, vərəmdən əziyyət çəkmiş insanlar və eləcə də onların yaxınları, ailə üzvləri arasında aparılacaqdır. Sonda Bakı şəhərində vərəm ilə işləyən QHT lər və eləcə də ölkənin aparıcı tibb qurumlarının iştirakı ilə hesabat konfransı keçirilməsi nəzərdə tutulmuşdur.
Qlobal TB PEOPLE pasient təşkilatının tarixi Vərəmin təsirinə məruz qalmış insanların birliyinin yaradılmasından və mobilizasiyasından 2016-cı ilin iyul ayında baş tutmuş ilk regional görüşdən başlayır. Məhz o görüşdə ŞAMA ölkələrindən olan vərəmin təsirinə məruz qalmış insanlar arasından aktivistlər belə bir beynəlxalq təşkilatın yaranmasının zərurliyini anlayaraq regonal şəbəkənin yaradılmasına təkan vermiş oldular. O zamandan da şəbəkənin dörd nəfərdən ibarət müvəqqəti koorinasiya şurası yaradılır, şəbəkəyə TB PEOPLE adı verilir və şəbəkənin əsas məramı, fəaliyyət sferası təyin edilir.
Məram : Vərəmdən azad dünya
Missiya : İnsanları birləşdirib vərəmə qalib gəlmək
Hal-hazırda TB PEOPLE qlobal şəbəkəsi dünyanın 110 ölkəsini əhatə edir.
Bu günə qədər TB peoplenin üzvləri Avrasiya, Afrika və Latın Amerikası ölkələrindən təxminən 250 fəaldır. Uzun müddət aparılan söhbətlər nəticəsində qarşılqlı razılıq əsasında “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi Qlobal TB people pasient təşkilatının Azərbyacandakı rəsmi təmsilşisi kimi qəbul edilmiş və bu barədə qlobal şəbəkə və təşkilat arasında 24 avqust 2021-ci il tarixində qarşılqlı anlaşma Memorandumu imazlanmışdır.
Tədbirin missiyası barədə: Bu maarifləndirmə tədbiri vasitəsi ilə pasientlərin öz hüquqları haqqında bilgiləri artacaq, eyni zamanda da yerli icra hakimiyyəti nümayəndələrinin, həkimlərin, pasientlərin yaxın kontaktlarının və media işçilərinin marginal qruplarla fəaliyyətəri zamanı meydana çıxan problemlərin birgə araşdırlması aparılacaqdır.Tədbir sonu auditoriya ilə mövzu daxilində diskusiya prosesi materialı bir daha möhkəmləndirmiş olacaqdır.
Təşkilatın koordinatlarının nəşrlər vasitəsi ilə yayımlanması gələcəkdə yarana biləcək aidiyyatı sualların yönləndirilməsinə xidmət edəcəkdir












