İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı Salvan Momika Norveçdə saxlanılıb və İsveçə geri deportasiya edilir.
QHT.az xəbər verir ki, həbs martın 28-də Momika İsveç mediasına Norveçə sığınacaq istəmək üçün getdiyini dedikdən sonra baş verib. Norveç məhkəməsinin yazdığı kimi, “deportasiya rəsmi və praktiki tədbirlər görülən kimi həyata keçiriləcək”.
2023-cü ilin oktyabrında Miqrasiya Agentliyi Momikanın ərizəsində özü haqqında yanlış məlumat verdiyini əsas gətirərək onun yaşayış icazəsini yeniləməkdən imtina edib. Ona ilkin olaraq İşgəncələr Konvensiyasına əsasən İsveçdə qalmağa icazə verilib. Momika daha əvvəl yanlış məlumat vermək ittihamının həqiqətə uyğun olmadığını bildirib.












