Diş həkiminə baş çəkmək tez-tez xoşagəlməz hisslər və bəzən ağırlaşmalarla əlaqələndirilir. Elm adamları uzun müddətdir ki, diş anesteziyasını daha təsirli və təhlükəsiz etmək üçün çalışırlar.
QHT.az xəbər verir ki, ənənəvi olaraq, mandibulyar anesteziya sinir və ya diş çıxarılması kimi çənə əməliyyatı üçün istifadə olunur. Aşağı çənənin bu anesteziya üsulu pterygomandibular nahiyəyə enjeksiyon vasitəsilə mandibulyar sinirin budaqlarının bloklanmasına əsaslanır.
Ancaq bu yanaşma bəzən infeksiyalar, çürüklər, qanaxma və ya sinir zədələnməsi kimi ağırlaşmalarla müşayiət olunur. Alimlər bu metodun dəyişdirilməsinə ehtiyac olduğu qənaətinə gəliblər.
Rusiya alimləri kəllə parçasının 3D modelini işləyib hazırlayıblar ki, bu da ağrıların kəsilməsinin təhlükəsiz və effektiv metodunun yaradılmasında yeni addım atmağa imkan verib. Mənfi fəsadların qarşısını almaq üçün inyeksiyanı ağızın mümkün qədər geniş açılması və alt çənənin sağa “tamamilə” hərəkət etməsi tövsiyə olunur.
Pərvanə Fərhadqızı












