Avropa İttifaqı Çinə Rusiyaya silah tədarükünün təsdiqini alarsa, ona qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. 

QHT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Aİ-nin xarici xidmətinin rəsmi nümayəndəsi Nabil Massrali daha əvvəl dediyi kimi, Avropa Komissiyası Çinin Rusiyaya silah tədarük etməyəcəyinə ümid edir.

Onun sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının ofisinin rəhbərinə açıq şəkildə məlumat verib.

Siyasi Büro üzvü Vanq Yi Pekinin Moskvaya silah satmaması və ya silah verməməsi barədə mesaj verib.

YENİLƏNƏCƏK