Rusiya, Elena-AM adlı üzən aşağı güclü atom elektrik stansiyalarını (ATES) digər ölkələrə icarəyə verməyi planlaşdırır.

QHT.az xəbər verir ki, "Kurçatov İnstitutu"nun prezidenti Mixail Kovalçuk bu layihənin yeni iqtisadi imkanlar yaradacağını bildirib. Bu stansiyalar ucqar ərazilərdə elektrik və istilik enerjisi təmin edəcək, xüsusən Sibir və Arktika üçün nəzərdə tutulub.

İlk üzən stansiyanın 2032-ci ilə qədər istifadəyə verilməsi gözlənilir, 40 illik istismar müddətinə malik olacaq.

 

Pərvanə Fərhadqızı