Kaspersky Laboratoriyası Google Play və qeyri-rəsmi saytlardan yüklənən bəzi Android proqramlarında zərərli Necro Trojan aşkar edib.
QHT.az xəbər verir ki, bu troyan, yoluxmuş smartfona digər zərərli komponentlər yükləyir və reklamlar göstərir, internet trafikini yönləndirir, icra edilə bilən fayllar yükləyir və ödənişli abunələrə qeydiyyatdan keçir. Virus qeyri-rəsmi Spotify Plus, WhatsApp-ın dəyişdirilmiş versiyaları və bəzi oyunların modifikasiyalarında tapılıb.
Kaspersky istifadəçilərə antivirus proqramları ilə mütəmadi olaraq cihazlarını skan etməyi tövsiyə edir.












