Yaponiya, Fransa və ABŞ-dan olan tədqiqatçılar kompüter görmə texnologiyasından istifadə edərək Perunun Naska yaylasında əvvəllər naməlum olan üç yüz geoqlifi müəyyən ediblər ki, bu da Cənubi Amerikanın bu regionunda məlum nəhəng qədim oymaların sayını iki dəfə artırıb.

QHT.az xəbər verir ki, “Naska yaylasındakı 430 məlum geoqlifin hamısını kəşf etmək bəşəriyyətə təxminən yüz il çəkdi. İlk dəfə olaraq biz Perunun bütün regionunu təhlil etmək üçün süni intellektdən istifadə etdik ki, bu da bizə altı aylıq sahə işində üç yüzdən çox yeni rəsm kəşf etməyə imkan verdi. Bu, həmin tarixi abidələrin sayını xeyli artırıb”, - alimlər qeyd edirlər.
Kəşf Tomas Uotson Araşdırma Mərkəzindən Markus Freitaqin rəhbərliyi altında edilib. Alimlər hər piksel üçün 10 sm ayırdetmə qabiliyyətinə malik Naska yaylasının yüksək keyfiyyətli təyyarə şəkillərini təhlil ediblər. Bu məqsədlə artıq məlum olan 406 geoqlifin fotoşəkilləri üzərində öyrədilmiş kompüter görmə sistemi hazırlanıb.
 
Pərvanə Fərhadqızı