Mayın 15-də Fransanın Azərbaycandakı səfiri xanım Anne Boıllon TƏMAS Regional İnkişaf İctimai Birliyinin  qonağı olub.
 

QHT.az xəbər verir ki, görüş zamanı TƏMAS  RİİB-nin idarə heyəti xanım Anne Boillona təşkilatın fəaliyyət istiqamətləri, göstərdiyi dəstək xidmətləri, sığınacaqdakı fəaliyyətlər haqqında, o cümlədən sosial innovativ layihələrdə həyata keçirilən işlər barədə geniş və ətraflı məlumat verilib.


Daha sonra, produktiv görüş zamanı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib.