Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu olan Emin Nəzərov 20 fevral 1992-ci il tarixində Salyan rayonunun 2-ci Varlı kəndində anadan olub. 2010-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 30 sentyabr tarixində "Üçtəpələr" döyüş mövqeyi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Emin Nəzərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!












